Yan 28, 2017 10:02 Asia/Baku
  • İraqda qanlı cümə

İraqın təhlükəsizlik mənbələri deyiblər ki, cümə günü Bağdadın şimalı, şərqi və qərbində törədilən dörd terror hücumu nəticəsində azı 16 nəfər ölüb və yaralanıbdır.

IRNA-nın məlumatına görə, bir iraqlı rəsmi deyib: Bağdadın şərqindəki Ummulkibr və Əlqəzaliyyə məntəqələrində dalbadal iki partlayıcı bağlamanın partlaması nəticəsində bir mülki ölüb, altı nəfər də yaralanıbdır.

Digər tərəfdən, Bağdad polis idarəsinin məsul şəxslərindən biri də Bağdadın şimalındakı Əşşəəb məntəqəsində yerləşən Əlbəsatin məhəlləsindəki yerli bazarın yaxınlıında yerləşən şose yolunun kənarında bomba partlayışından xəbər verib və bildirib ki, bu hadisədə bir nəfər ölüb, üç nəfər də yaralanıbdır.

Bu rəsmi həmçinin Bağdadın qərbindəki Əlbəkriyyə məntəqəsində yerləşən bir ticarət mərkəzinin yaxınlığında bomba partlayışından xəbər verib və qeyd edib ki, bu zaman beş sivil yaralanıbdır.

İraqlı qüvvələr qeyd olunan hallarda hadisə məkanını mühasirəyə alıblar. Onlar öldürülmüş şəxslərin cənazələrini tibbi ekspertiza mərkəzinə, yaralıları isə xəstəxanya köçürüblər.

İraqın ordusu və xalq qüvvələri son aylarda bu ölkənin bir çox məntəqələrini İŞİD terrorçularından təmizləyiblər. Terrorçular da öz uğursuzluqlarının əvəzini çıxmaq üçün mülki məntəqələrdə bomba partlayışları törədirlər.

Teqlər