Ərəbistanlı etirazçı 7 il həbsə məhkum edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258047-Ərəbistanlı_etirazçı_7_il_həbsə_məhkum_edilib
Ərəbistan rejimi müxaliflərin yatırılmasının davamında anti-hökumət etirazlarında iştirak ittihamı ilə etirazçı yazar Nəzir Əlmacidi 7 il həbsə məhkum edilb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2017 08:29 Asia/Baku
  • Ərəbistanlı etirazçı 7 il həbsə məhkum edilib

Ərəbistan rejimi müxaliflərin yatırılmasının davamında anti-hökumət etirazlarında iştirak ittihamı ilə etirazçı yazar Nəzir Əlmacidi 7 il həbsə məhkum edilb.

Press TV-nin məlumatına görə, Ərəbistanın məhkəmə başçıları bir sənəd təqdim etmədən iddia ediblər ki, bu şəxs təkfirçidir və onun İŞİD və Əlqaidə ilə əlaqəsi sübut olunubdur.

Ərəbistan terrorizmlə mübarizə bəhanəsilə bu ölkənin təhlükəsizlik qüvvələrinin ixtiyarını artırıbdır.

İnsan haqları üzrə fəal və qruplar deyirlər ki, Ərriyad bu hərəkətlə, müxalifləri terrorçu adlandırmaqla onları yatırmaq istəyir.

Ərəbistan çoxdandır ki, bu ölkədə narazılıqlar və etirazlarla üzləşir.

Etirazçılar bu ölkədə geniş ayrı-seçkiliyə son qoyulması və siyasi islahatların aparılmasını tələb edirlər.

Bu etirazların yatırılması gedişində indiyədək bir qrup insan öldürülüb, yüzlərlə nəfər də yaralanıb və ya həbs edilibdir.