Əsəd: Suriyada müharibə sadəcə hərbi xarakter daşımır
Suriya prezidenti Bəşar Əsəd deyib: Suriyanın qarşı-qarşıya durduğu müharibə sadəcə hərbi cəhətə məhdudlaşmır, onun başqa cəhətləri də var və bunlardan biri də iqtisadi cəhətdir.
Əl-Əxbariyyə telekanalının verdiyi məlumata görə, Suriya pezidenti Bəşar Əsəd bu gün Dəməşqdə Suriyalı sənaye işçiləri ilə görüşündə deyib: Suriya xalqının həyata inamı düşmənlər və terrorçular qarşısında müqaviməti stimullaşdıran ən əsas amildir.
Bəşar Əsəd deyib: Ölkədə müharibə gedərkən sənaye adamlarının fəaliyyəti iqtisadi dövriyyəyə müsbət təsir edir.
Suriya prezidenti deyib: Suriyalı sənaye işçiləri son illərdə terrorçular tərəfindən məruz qaldıqları ziyanlara rəğmən hələ də müqavimət göstərirlər.
Suriya 2011-ci ildən bəri əcnəbi terrorçular və onları maliyyələşdirən və silahla təmin edən bəzi region və qərb dövlətləri xüsusiylə də Amerikanın planları ücbatından böhranla üz-üzədir.