Suriya ordusunun terrorçulara qarşı qələbələri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258719-suriya_ordusunun_terrorçulara_qarşı_qələbələri_davam_edir
Suriyanın Həmimim bölgəsində Rusiyanın atəşkəsə nəzarət mərkəzi bildirib ki, Suriya ordusu Əl-Bab şəhərinin azad edilməsi əməliyyatının davamında bu şəhərin 3 kilometrliyinə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 14:19 Asia/Baku
  • Suriya ordusunun terrorçulara qarşı qələbələri davam edir
    Suriya ordusunun terrorçulara qarşı qələbələri davam edir

Suriyanın Həmimim bölgəsində Rusiyanın atəşkəsə nəzarət mərkəzi bildirib ki, Suriya ordusu Əl-Bab şəhərinin azad edilməsi əməliyyatının davamında bu şəhərin 3 kilometrliyinə çatıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Rus mərkəz Suriya ordusunun Əl-Bab şəhərinin qərbinə bir kənd qədər məsafədə yerləşdiyini xatırladaraq bildirib ki, son 24 saat ərzində suriyalı qüvvələr Hələb və İdlibin ətraf ərazilərini İŞİD terrorçularının işğalından azad ediblər. 

Rusiyanın Həmimimdəki atəşkəsə nəzarət mərkəzi Hələbin şərqi, Laziqiyyə və Homahda sakinlər arasında ərzaq malları və ilkin ehtiyaclardan ibarət olan 5 ton humanitar yardımın paylaşdığından xəbər verib. 

Dəməşqin cənubunda Vadi Berdi bölgəsində isə 100 yaraqlı silahını təhvil verərək Suriya dövlət qüvvələrinə təslim olub.