Yəmən ordusu Cizanda uğurlara imza atıb
-
Yəmən ordusu Cizanda uğurlara imza atıb
Yəmən ordusu və xalq qüvvələri Mənbə sərhəd şəhərinin yaxınlığında yerləşən Cizanda Səudiyyə Ərəbistanının əl-Müqrin qərargahına qəfil hücumda oranı məhv edib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmənin müharibə üzrə mətbuat xidməti bildirib ki, Yəmənin müştərək qüvvələri Səudiyyə Ərəbistanının hücumlarına cavab olaraq, əl-Müqrin qərargahını atəşə tutaraq məhv edib.
Məlumatda deyilir: Əməliyyatda səudiyyəli gözətçilər öldürülüb, onların 5 hərbi maşını məhv edilib, silah anbarı dağıdılıb və bir sıra silah ələ keçirilib.
Başqa bir yəmənli mənbə də Səudiyyə muzdlularının 9-cu rayonun ətrafında Qətəb və Ribah dağlıq bölgəsində irəliləmək cəhdlərinin nakam qalmasından xəbər verərək bildirib ki, Yəmən ordusunun əks hücumu nəticəsində onlarla səudiyyəli ölüb yaxud yaralanıb.
Səudiyyə Ərəbistanı Amerika və Britaniyanın dəstəyi ilə, 2015-ci il mart ayından Yəmən xalqına qarşı hücuma keçib. Ali-Səud rejiminin məqsədi Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hava hücumlarında indiyədək minlərlə yəmənli öldürülüb və bu yoxsul ölkənin infrastrukturları məhv edilib.