Fev 06, 2017 13:03 Asia/Baku
  • Ər-Riyad Yəmənin ballistik raketinin hədəfində
    Ər-Riyad Yəmənin ballistik raketinin hədəfində

Yəmən mediaları bu ölkənin bir ədəd modern ballistik raketinin Ərəbistanın paytaxtı, Ər-Riyad şəhərinin yaxınlığına düşməsindən xəbər veriblər.

Yəmən mənbələri bildiriblər ki, bir ədəd uzaq mənzilli ballistik raket Ərəbistanın paytaxtı Ər-Riyadın yaxınlığında yerləşən bir hərbi mərkəzə doğru atəş edilib və hədəfi vurmağa nail olub.

Yəmən ordusunun bu xüsusda yaydığı bəyanatla bir vaxtda hadisənin şahidləri Ər-Riyadda güclü bir partlayışın baş verməsindən xəbər veriblər. Bəziləri isə güclü partlayış səsi eşitdiklərini deyiblər.

Deyilənlərə görə, bu raket Ər-Riyadın qərbində yerləşən Əlməzahimiyə məntəqəsindəki hərbi bazaya düşüb.

Digər tərəfdən, Yəmən ordusunun raket bölməsi bir bəyanat yayaraq, bildirib ki, Ərəbistan və ABŞ-ın Yəmənə qarşı hücumlarının davam etməsinə və bu ölkədəki qanlı qırğınlarla yanaşı olan cinayətlərinə cavab olaraq, bu qüvvələr ixtiyarında olan bütün imkanlardan istifadə edərək, təcavüzləri cavabsız qoymayacaq. Və bundan sonra Ərəbistanın paytaxtı raket hücumlarının hədəfinə çevriləcək.  

Teqlər