Səudiyyə Ərəbistanının qərargahları Yəmənin raket hücumunun hədəfinə çevrilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259063-səudiyyə_Ərəbistanının_qərargahları_yəmənin_raket_hücumunun_hədəfinə_çevrilib
Səudiyyə Ərəbistanının cənubunda Ceyzan bölgəsində yerləşən Əl-Qərn, Əddəfinə, Əl-Kərs hərbi qərargahları Yəmən raketlərinin hədəfində olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2017 06:07 Asia/Baku
  • Səudiyyə Ərəbistanının qərargahları Yəmənin raket hücumunun hədəfinə çevrilib
    Səudiyyə Ərəbistanının qərargahları Yəmənin raket hücumunun hədəfinə çevrilib

Səudiyyə Ərəbistanının cənubunda Ceyzan bölgəsində yerləşən Əl-Qərn, Əddəfinə, Əl-Kərs hərbi qərargahları Yəmən raketlərinin hədəfində olub.

Fars informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu bildirib ki, bu hücumlarda Əl-Qərn qərargahında bir neçə səudiyyəli hərbçi ölüb.

Yəmən mənbələri bildiriblər ki, Yəmən ordusu və xalq qüvvələrinin arteleriya bölməsi Ələb, Əl-Şəbəkə və Əlqəam bölgələrində Səudiyyə hərbçilərinin toplaşdıqları yeri də hədəfə alıb.

Yəmənin Əl-Məsirə telekanalı idsə bildirib ki, Yəmən ordusunun raket bölməsi Səudiyyə Ərəbistanının cənubunda Əsir bölgəsində Zəhran ərazisində Səudiyyə hərbçilərinin toplaşdıqları yeri dağıdıb. 

Səudiyyə Ərəbistanının paytaxtı Ərrəyadın qərbində Əl-Müzahimiyyə bölgəsində yerləşən bir hərbi qərargah da dünən Yəmən ordusunun müasir ballestik raketinin hədəfinə çevrilib.