Fev 07, 2017 09:46 Asia/Baku
  • BMT Hələb şəhərinin suyunun kəsilməsindən nigarandır
    BMT Hələb şəhərinin suyunun kəsilməsindən nigarandır

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Dodarik dünən deyib: Hələbdə suyun İŞİD terrorçuları tərəfindən kəsilməsinə görə, 1 milyon 800 min insan böhranla üz-üzədir.

İRİB-in verdiyi məlumata görə, Stefan Docarik deyib: 3 həftədən çoxdur terrorçu İŞİD qrupu Hələbin su ehtiyatının mənşəini ələ keçirib və suyu Hələb və onun ətrafında 2 milyon əhalının üzünə bağlayıb. 

Öncə də Cəbhətünnüsrənin tabeliyində olan terrorçular Vadi Berdi bölgəsində Eynül-Qeycə ərazisində yerləşən Dəməşqin suyunun mənbəini bağlamışdılar və Suriya paytaxtının suyu tankerlərlə təmin olunurdu. 

Suriya ordusunun qələbələri və terrorçuların ardıcıl məğlubiyyətlərinin davamında terrorçular Suriyanın infrasturukturlarının dağıdılmasını , elektrik və su şəbəkələrində geniş dağıntılar yaratmağı sürətləndiriblər. 

Suriya böhranı 2011-ci ildə ABŞ və onun müttəfiqlərinin Suriyanın qanuni prezidenti Bəşar Əsədin hökumətini devirmək məqsədi ilə dəstəklədikləri terrorçu qrupların geniş hücumu ilə  başladı

Teqlər