Ərrəyadı hədəfə alan raketin təqdimatı keçirilib
-
Ərrəyadı hədəfə alan raketin təqdimatı keçirilib
Yəmən ordusunun raket bölməsi Ərrəyadda hərbi məntəqəyə qarşı uğurlu raket hücumundan sonra "Berkan 2" raktinin təqdimatını keçirib.
Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Ərrəyadı hədəfə alan ballestik raket "Eskad" raketinin daha müasirləşdirilmiş nümunəsidir.
Yəmən ordusu bir bəyanat yayaraq bildirib ki, Berkan 2 raketi araşdırma və inkişaf mərkəzində və tam olaraq yerli potensiallara sövkənilərək istehsal edilib.
Berkan 2 raketının təqdimatı elə bir şəraitdə həyata keçirilir ki, Yəmənin rəsmi informasiya agentliyi bazar günü axşam yəmənli qüvvələrin ilk dəfə olaraq Ərrəyada hücum etdikləri xəbərini yaydı.
Yəmən ordusu bildirib ki, Ərrəyada hücum Yəmənin ballestik raketlərinin qət etdiyi məsafəni göstərir.
Bəzi yerli mənbələrin bildirdiklərinə görə, hədəfə alınmış qərargah Ərrəyadın 40 kilometrliyində yerləşir.
Bəzi ərəbistanlılar Twitter-də mesajlar paylaşaraq bildiriblər ki, Ərrəyadın yaxınlığında Əl-Muzahimiyyə məntəqəsinin qərbində bir hərbi düşərgə hədəfə alınıb.
Ərrəyad rejimi hələ bu hücuma münasibət bildirməyib.