Əfqanıstanda qar uçqunu 119 nəfərin ölümü ilə nəticələnib
-
Əfqanıstanda qar uçqunu 119 nəfərin ölümü ilə nəticələnib
Əfqanıstanda qar uçqunu və kəskin şaxtalara görə 119 nəfər həyatını itirib.
İranın Püştun radiosunun verdiyi məlumata görə, Əfqanıstanın təbii fəlakət hadisələrinin idarə edilməsi naziri Vaiz Əhməd Bərmək deyib: Son bir neçə gün ərzində ağır qarın yağması və 22 vilayətdə qar uçqunlarının nəticəsində ən azı 119 nəfər ölüb.
Bu əfqan rəsmi deyib: Baş verən uçqunlarda 89 nəfər də yaralanıb, yüzlərlə ev dağılıb və minlərlə hektar əkin sahəsi məhv olub.
Bu təbii fəlakət hadisələrində yüzlərlə davarın tələf olduğu da bildirilib. Bu ziyanlar daha çox Pakistan sərhəddinə yaxın ərazidə yerləşən Nuristan vilayətinə aiddir. Həmin vilayətdə iki kənd qar altında qalıb. Xilasetmə qrupları indiyədək həmin kəndlərdə 48 cəsədi qar altından çıxarıblar. Son on ildə Əfqanıstanda bu qar yağıntılarının misli görünməmişdir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü də Əfqanıstanda baş verən təbii fəlakət hadisəsində yüzdən çox insanın ölümünü Əfqanıstan dövləti və xalqına başsağlığı verib.
Bəhram Qasimi bu hadisələrdə həyatını itirənlərə Allah təala tərəfindən rəhmət və onların ailələrinə səbr diləyərək İranın hadisədən zərər çəkənlərə yardım etməyə hazır olduğunu bildirib.