Bəşar Əsəd AB-nin Suriyanın bərpasında iştirakına şərt qoyub
Suriya prezidenti Avropa Birliyinin Suriyanın yenidən qurulmasında iştirakı üçün şərt təyin edib.
İRİB-in verdiyi məlumata görə, Suriya prezidenti Bəşar Əsəd bildirib ki, Avropa Birliyinin Suriyanın bərpasında iştirakının şərti Suriyanın müstəqilliyinə hörmət və terrorizmi himayədən əl çəkməkdən ibarətdir.
Suriya prezidenti avropalıların sadəcə amerikalı ağalarının istəklərini həyata keçirdiklərini və özlərinin müstəqil mövqeyə malik olmadıqlarını bildirərək deyib: Avropa Birliyi elə bir şəraitdə Suriyanın yenidən qurulmasında rol oynamaq istəyir ki, bu ölkənin dağıdılmasında paya malik olmuşdur.
Suriya prezidenti ABŞ-ın başçılıq etdiyi koalissiyanın əməliyyatlarının Suriya vətəndaşlarının İŞİD tərəfindən qırğın edilməsinə mane olmadığını xatırladaraq deyib: Suriyada koalissiyanın həyata keçirdiyi əməliyyatlar bu ölkənin milli hakimiyyətini pozur.
Bəşar Əsəd rəsmi Dəməşqin ölkədə atəşkəs rejiminin davam etdirilməsinə sadiq olduğunu bildirərək deyib: Bütün Suriyanı terrorçulardan təmizləmək lazımdır.
Bəşar Əsəd terrorçularla mübarizənin və onların Suriya ərazisinə daxil olmalarının qarşısının alınmasını sülh müzakirələrinin mövzularını təşkil etdiyini bildirərək deyib: Sülhün reallaşması, Türkiyə, Fars körfəzinin cənub ölkələri eləcə də bəzi Avropa ölkələrinin terrorçulara dəstəklərini dayandırmalarından asılıdır.