Fev 07, 2017 19:08 Asia/Baku
  • Bəhreyn alimləri xalqı etiraza çağırıblar
    Bəhreyn alimləri xalqı etiraza çağırıblar

Bəhreyn alimləri, xalqı bu ölkə inqilabının 7-ci ildönümündə Ali-Xəlifə rejiminə qarşı geniş etirazlara çağırıblar.

İRİB-in verdiyi məlumata görə, Bəhreyn alimləri bir bəyanat yayaraq 14 fevralı Bəhreyn xalqının tarixində unudulmaz gün və parlaq səhifə adlandırıblar və Bəhreyn xalqının heç bir işğalçı, hücumçu və zalım qarşısında tarix boyu baş əymədiyini vurğulayıblar. 

Bəhreyn alimləri bu bəyanatda bildiriblər ki, inqilabın ömründən 6 ildən sonra Müstafa Həmdan kimi yeni və ayıq nəsl meydana gəlib. 

Bəhreyn alimləri xalqı prosesləri öz nəzarətinə almağa və bütün dinc aksiyalarda iştirak etməyə çağırıblar. 

2011-ci il fevralın 14-də Bəhreyn Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahidi oldu. Bəhreyn xalqı azadlıq, ədalət , ayrı seçkiliklərə son qoyulması və hökumətin xalqın səsi əsasında təşkil olunmasını istəyir. 

Bəhreyn rejimi xalqın etiraz şölələrini söndürmək üçün çoxlu sayda müxalifət rəhbərlərini həbs edib onlara qarşı saxta cinayət işi açaraq uzun müddətli həbs cəzaları çıxarıb. 

Teqlər