Suriya ordusu İŞİD-in hücumunu zərərsizləşdirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259217-suriya_ordusu_İŞİd_in_hücumunu_zərərsizləşdirdi
Suriya ordusu Hələb vilayətinin cənub-qərbində İŞİD terror qruplaşmasının Xənasirin şərqinə hücumunun qarşısını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2017 12:17 Asia/Baku
  • Suriya ordusu İŞİD-in hücumunu zərərsizləşdirdi
    Suriya ordusu İŞİD-in hücumunu zərərsizləşdirdi

Suriya ordusu Hələb vilayətinin cənub-qərbində İŞİD terror qruplaşmasının Xənasirin şərqinə hücumunun qarşısını alıb.

Əl-Məyadin televiziyasının məlumatına görə, Suriya ordusu qüvvələri Xənasir şəhərinin şərqində Ümm Miyal qəsəbəsinin cənubuna nüfuz etməyə cəhd göstərən İŞİD yaraqlılarının qarşısını alıblar. Bu bölgədəki döyüşlər Xənasir-Homs magistral yolunda avtomobillərin hərəkətinə mane olmayıb və Hələb yolunda hərəkət dayanmayıb. 

Suriya ordusu Hələb vilayətinin şərqində əl-Cəbul gölü mərkəzində əl-Həvarə təpəsini azad edib. Belə ki, bu göl və onun ətraf bölgələri tamamilə ordunun nəzarətinə keçib. 

Digər tərəfdən Suriya ordusu Müharibə Təbliğatı Qərargahı yenilərdə İŞİD-dən azad olunan Hələb vilayətinin şərqində Əvişiyyə kəndinin kadrlarını yayımlayıb. Bu kənd Əlbab şəhərinin 6 kilometrliyində yerləşir.