Sionist rejimin Qəzzə zolağına qarşı hava hücumu
Sionist rejimin Qəzzə zolağına qarşı hava hücumunda səkkiz fələstinli şəhid olub və ya yaralanıb.
Press TV-nin məlumatına görə, sionist rejimin pilotsuz təyyarələri bu gün səhər tezdən Fələstin-Misir sərhədindəki bir tunelə hücum ediblər. İki fələstinli şəhid olub, altı fələstinli də yaralanıbdır.
Bombalanmış tuneldən qeyri-hərbi işlər, eləcə də əmtəə mal köçürməsi üçün istifadə olunurmuş. Ötən bazar ertəsi günü də Qəzzə zolağındakı Beyt Lahiya qəsəbəsinin şimalında yerləşən sərhəd təmas xəttinin yaxınlğındakı hərbi bazaların ətrafında mövqe tutmuş sionist rejim tankları bu qəsəbənin bir məntəqəsini atəşə tutmuşdular.
Sionist hərbçilərin Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı hücumu elə bir halda həyata keçirilibdir ki, bu rejim 2007-ci ildən Qəzzə zolağının mühasirəsini şiddətləndirib və yanacaq, dərman və tikinti materialları daxil omaqla əsas malların bu müharibədən zərər çəkmiş məntəqəyə girişinin qarşısını alıbdır.