Ərəbistanın cinayətləri yəmənli uşaqların ağrı və acılarını artırır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259389-Ərəbistanın_cinayətləri_yəmənli_uşaqların_ağrı_və_acılarını_artırır
Ərəbistanın Yəmənə qarşı hücumlarında atalarını itirən çoxlu sayda yəmənli uşaq həyatda qalmaq üçün ağır şərtlər altında işləməyə məcbur olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2017 13:33 Asia/Baku
  • Ərəbistanın cinayətləri yəmənli uşaqların ağrı və acılarını artırır
    Ərəbistanın cinayətləri yəmənli uşaqların ağrı və acılarını artırır

Ərəbistanın Yəmənə qarşı hücumlarında atalarını itirən çoxlu sayda yəmənli uşaq həyatda qalmaq üçün ağır şərtlər altında işləməyə məcbur olur.

Əl-Minar kanalının verdiyi məlumata görə, yəmənli uşaqların acısı Ərəbistanın Yəməndə törətdiyi cinayətlərin aşkar nişanəsi sayılır. Ərəbistan qırıcılarının təcavüzləri nəticəsində atalarını itirən  yəmənli uşaqlar özləri və ailənin digər üzvlərini həyata bağlayacaq bir tikə çörək üçün paytaxt Sənada küçələrə üz tutur və işləməyə məcbur olurlar. Halbuki, qayğısız həyat sürməli olan bu uşaqlar indi məktəbdə təhsil almaqla məşğul olmalı idilər. Əli və Məcda da elə bu uşaqlardandırlar və onların bir günlük zəhmətinin qarşılığı sadəcə 3 dolardır. Bu pul 8 nəfərlik ailənin həyatda qalmaq üçün yeganə ümüdü sayılır.

Yəmənli uşaqlar və yeniyetmələri himayə təşkilatının sədri Nəsim Məliki müharibənin yəmənli uşaqlar üçün həddindən artıq problemlər yaratdığını deyir. BMT-nin bildirdiyinə görə, hər 10 dəqiqədə bir yəmənli uşaq aclıq və xəstəlik üzündən həyatını itirir.