Bəhreyn xalqı cümə günü etiraz aksiyası keçirib
-
Bəhreyn xalqı cümə günü etiraz aksiyası keçirib
Bəhreyndə 14 fevral inqilabının 6-cı ildönümü ərəfəsində bu ölkə xalqı şəhidlərə sədaqətini nümayiş etdirmək üçün etiraz aksiyası keçirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəni Cəmrə məntəqəsinin sakinləri inqilabçı qrupların çağırışına cavab olaraq etiraz aksiyası keçiriblər və şəhidlərin amallarına sadiq qaldıqlarını, onların intiqamını Bəhreyn kralı Həməd Bin İsadan alacaqlarını vurğulayıblar.
Ənnəvidərat qəsəbəsi və mühasirədə olan Əddüraz bölgəsində də əhali etiraz aksiyası keçirərək " Ya azadlıq, ya ölüm" şuarları səsləndirib.
Bəhreynin 14 fevral telekanalının bildirdiyinə görə, Ənnəvidərat qəsəbəsində Ali-Xəlifə hərbçiləri aksiyaçılarla toqquşub və Əddürazda isə İmam Sadiq(ə) məscidində cümə namazının qılınmasına mane olub.
Ali-Xəlifə rejimi 7 ay öncə Bəhreyn inqilabının rəhbəri Ayətullah İsa Qasimin vətəndaşlığını ləğv edərək onun yaşadığı Əddüraz bölgəsini mühasirəyə alıb.
Sahil qəsəbəsində isə etirazçılar maşınların təkərlərini yandıraraq küçələri bağlayıblar.
2011-ci il fevraldan başlayaraq Bəhreyn Ali-Xəlifə rejiminə qarşı etirazların şahididir. Bəhreyn xalqı ölkədə siyasi islahatların aparılması, söz azadlığının təmin olunması, ədalətin bərqərarı və ayrı-seçkiliklərə son qoyulması, eləcə də xalqın səsi ilə hökumətin seçilməsini istəyir, amma Ali-Xəlifə rejimi bu etirazlara qarşı repressiya tətbiq etməkdədir.