Yəmən BMT-yə müraciət edib
-
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əli Əssəmad
Yəmənin Ali Siyasi Şurasının sədri Birləşmiş Millətlər Təşkilatının baş katibinə məktub ünvanlayaraq, onun Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarını dayandırması üçün ciddi səylər göstərməsini istəyib.
Yəmən xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əli Əssəmad BMT baş katibi Antonio Quterreşə müraciətində ondan Səudiyyə Ərəbistanını xalqı qırğı etdiyi və Yəmənin infrastrukturunu dağıtdığına görə kompensasiya ödəməyə məcbur etməsini, Ali-Səuddan Yəmənin hava, dəniz və qurudan mühasirəsinə son qoymasını istəməsini tələb edib.
Yəmənin Ali Siyasi Şurasının sədri həmçinin Yəməndə faktaraşdırıcı komitənin yaradılmasını istəyib və bildirib ki, belə bir komitənin təşkil edilməsi Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin törətdikləri cinayətlərini, xüsusilə onların qadağan edilmiş silahlardan istifadə etmələri və xəstəxanaları bombalamaları kimi halları qeydə alınması üçün lazımdır.
Əssəmad BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əşşeyx Əhmədin Səudiyyə Ərəbistanını dəstəkləməkdə ittiham edərək onun bu məğlubiyyətə uğramış missiyasına son qoyulmasını tələb edib.
Eyni zamanda Yəmənin "Əl-Həqq" , "Xalq qüvvələri birliyi" və " Bəs" partiyaları BMT-nin baş katibinə müraciət edərək bu təşkilatın Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin dəyişdirilməsini istəyiblər.