Yəmənə qarşı düşmənçilik bu ölkə xalqının əyilməzliyinə görədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259449-yəmənə_qarşı_düşmənçilik_bu_ölkə_xalqının_əyilməzliyinə_görədir
Yəmən Hizbullah Hərəkatının baş katibi deyib: Amerika , Ali-Səud və sionist rejimin Yəmənə qarşı düşmənçiliyi, Yəmən xalqının öz müstəqilliyi, kəraməti və zalımlara qarşı izzətini müdafiə etdiyinə görədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 08:21 Asia/Baku
  • Seyid Əbdülməlik Bədrəddin
    Seyid Əbdülməlik Bədrəddin

Yəmən Hizbullah Hərəkatının baş katibi deyib: Amerika , Ali-Səud və sionist rejimin Yəmənə qarşı düşmənçiliyi, Yəmən xalqının öz müstəqilliyi, kəraməti və zalımlara qarşı izzətini müdafiə etdiyinə görədir.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Seyid Əbdülməlik Bədrəddin şəhidlər günü münasibəti ilə etdiyi çıxışında deyib: Biz azədə insanlarıq, azadəliyimiz olmasaydı, bu gün bizimlə savaşanlarla heç vaxt qarşı-qarşıya gəlməyəcəkdik, Amerika heç vaxt bizimlə düşmən olmayacaqdı və İsrail bu qədər bizə nifrət etməyəcəkdi. Yəmən xalqı ona qarşı geniş təcavüzlərə rəğmən heç vaxt zalım qüclər qarşısında əyilmədi, bu müqavimətin nəticəsi və bizim ilk nailiyyətimizdir. Allaha şükürlər olsun, onun mərhəməti, hidayəti və köməkliyi ilə müqavimət göstərə bildik. Bizim müqavimətimiz səmərəli və iftixarlıdır. Doğrudur bizim verdiyimiz şəhidlərə, ölkəmizə vurulan ziyanlara görə ürəyimiz ağrıyır, amma Allahın məzlum və müsəlman Yəmən xalqına köməkliyi nəticəsində təcavüzkarlar da ağır əzablara düçar olublar. İnşallah proseslərin gedişatında düşmən daha böyük ziyanlara uğrayacaq.