Fev 13, 2017 13:23 Asia/Baku
  • Ali-Xəlifə rejiminə qarşı aksiya
    Ali-Xəlifə rejiminə qarşı aksiya

Minlərlə bəhreynli Ali-Xəlifə rejiminin repressiyaları və bir müddət öncə təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 3 gənc üçün dəfn mərasiminin keçirilməsinə icazənin verilməməsinə etiraz olaraq, simvolik qaydada bu 3 gənc üçün dəfn mərasimi təşkil edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Bəhreyn xalqı həmçinin, bazar günü Ali-Xəlifə rejiminin Rza Əlğəsrə, Mahmud Yəhya və Mustafa Yusifin ailələrinə bu 3 gəncin dəfn mərasimində iştirak icazəsi verməməsinə etiraz olaraq Bəhreyn kralına qarşı şüarlar veriblər. 

Bəhreynin təhlükəsizlik qüvvələri isə aksiya iştirakçılarına tərəf gözyaşardıcı qazdan istifadə edərək, onları dağılışmağa məcbur ediblər. 

Bəhreyn alimləri Ali-Xəlifə rejiminin bu 3 gəncin dəfn mərasiminin ailələri və yaxınlarının iştirakı olmadan baş tutması üzrə hərəkətinə reaksia olaraq, xalqı bu 3 gənc üçün simvolik dəfn mərasimində iştiraka dəvət etmişdilər. 

Bəhreyn hələ də hakim rejimə qarşı etirazların şahididir. 

Əd-Diraz məntəqəsində də xanım Fatimənin(s.ə) şəhadətinin ildönümünə həsr edilmiş əzadarlıq mərasiminin təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalması mərasim iştirakçılarından bir neçəsinin yaralanmasına səbəb olub. 

Bəhreyn 14 fevral 2011-ci ildən bəri hakim rejimə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı ölkədə siyasi islahatların aparılması, söz azadlığı və ictimai ədalətin təmin edilməsi və demokratik bir qruluşun hakimiyyətə gəlməsini istəyir. 

Teqlər