Fev 14, 2017 12:33 Asia/Baku
  • Bəhreyndə sivil etiraz aksiyası polis zorakılığına məruz qaldı
    Bəhreyndə sivil etiraz aksiyası polis zorakılığına məruz qaldı

Bəhreyndə xalq inqilabının 6-cı ildönümü ilə bir vaxtda bu ölkə hərbçiləri sivil etiraz aksiyası iştirakçılarına hücum ediblər.

Bu gün 14 fevral Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının 6-cı ildönümü günüdür. Ötən 6 ildə bu inqilab odunu söndürmək mümkün olmayıb və xalq etirazları hər gün daha artıq alovlanır. 

PressTV-nin verdiyi məlumata görə, Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı etirazlarının davamında bu gün paytaxt Manamada və ətraf məntəqələrdə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında toqquşmalar qeydə alınıb. 

Müxaliflərin amansız şəkildə repressiya edilməsi və Ali-Xəlifə rejiminin inqilabçılar ilə müzakirələrdən boyun qaçırması Bəhreyndə xalq etirazlarının artmasına səbəb olub. 

Minlərlə bəhreynli ötən gecə də Sitrə adasında 14 Fevral münasibəti ilə aksiya keçirmişdi. 

Aksiya iştirakçıları "Həməd devrilməlidir" şüarı verərək, ölkədə xalq əleyhinə törədilən cinayətlərə görə məsuliyyət daşıyan Ali-Xəlifə rejimi başçılarının cəzalandırılmasını istəyiblər. 

Bəhreyn xalqı həmçinin, ölkədə siyasi islahatların aparılmasını, söz azadlığı və ictimai ədalətin təmin edilməsini, demokratik bir quruluşun formalaşmasını tələb edir. Amma, Ali-Xəlifə rejimi xalqın bu tələblərini ən amansız şəkildə cavablandırır. 

Teqlər