Bəhreyn inqilabının 6-cı ildönümündə xalq etirazları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259784-bəhreyn_inqilabının_6_cı_ildönümündə_xalq_etirazları
Ali-Xəlifə rejiminin ciddi təhlükəsizlik tədbirlərinə rəğmən, Bəhreyn inqilabının 6-cı ildönümündə, ölkə başdan-başa xalq etirazlarının şahidi idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2017 14:26 Asia/Baku

Ali-Xəlifə rejiminin ciddi təhlükəsizlik tədbirlərinə rəğmən, Bəhreyn inqilabının 6-cı ildönümündə, ölkə başdan-başa xalq etirazlarının şahidi idi.

Bu gün 14 fevral, Bəhreyndə xalq inqilabının 6-cı ildönümünə təsadüf edir. 6 il ötməsinə baxmayaraq, inqilab odu sönməyib və hələ də hakim rejimə qarşı xalq etirazları davam edir.

Əl-Minar telekanalının verdiyi məlumata görə, minlərlə nəfər günün ilk saatlarından etibarən küçələrə axışaraq, Bəhreyn inqilabının ildönümü gününü qeyd edib.

Aksiya iştirakçıları Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirib, Bəhreyn inqilabının mənəvi rəhbəri olan şeyx İsa Qasımı himayə ediblər.

Təhlükəsizlik qüvvələri Əbu Səbi, Şaxurə və Məamir məntəqələrində aksiya iştirakçılarına tərəf zəhərli qazlar atıblar. Buna baxmayaraq, etiraz aksiyası davam edir.

Aksiya iştirakçılarına qarşı daha artıq güc tətbiq etmək üçün çoxlu sayda mülki geyimli polis də cəlb olunub.