Fev 15, 2017 18:34 Asia/Baku
  • BMT Bəhreyn rejiminin müxalifətlə həqiqi müzakirələr aparmasını istədi

BMT Bəhreyn rejimindən bu ölkədə sülh və stabilliyin reallaşması üçün etimad yaratmaq, o cümlədən həqiqi milli dialoq üçün tədbirlərin görülməsini istəyib.

Miratul-Bəhreyn xəbər portalının məlumatına görə, BMT baş katibinin sözçüsü Fərhan Haqq əsaslı azadlıqlar, o cümlədən sərbəst toplaşmaların qarşısının qarşısının alınması, cəmiyyətlərin yaradılması sərbəstliyinin qadağan olunması və söz və ifadə azadlığının olmamasına dair Bəhreyn rejimi tərəfindən yaradılan maneələrdən Birləşmiş Millətlər Təşkilatının narahat olduğuna toxunaraq hüquq parametrlərinə riayət edilməsini istəyib.

Ötən gecə və çərşənbə günü Bəhreyn vətəndaşları Ali-Xəlifə rejimi əleyhinə irimiqyaslı etiraz aksiyaları keçiriblər. Bu aksiyalar təhlükəsizlik məmurlarının müdaxiləsi nəticəsində insidentlə nəticələnib. Belə ki, bu ölkənin orta məktəbləri, ticarət obyektləri və bütün təşkilatlar və idarələrdə tətillərə səbəb olub.

Bəhreyn 2011-ci ildən indiyə qədər ictimai narazlıqların şahididir.

Bəhreyn vətəndaşları ölkədə siyasi islahatların aparılması, söz və ifadə azadlığı, ədalətin bərpası, ayrı-seçkiliyin aradan qaldırılması və xalqın seçdiyi quruluşun iqtidara gəlməsini tələb edirlər. Lakin Ali-Xəlifə rejimi onların etirazlarını repressiya ilə cavablandırır. 

Teqlər