Sərhədsiz Həkimlər Təşkilatı Yəməndə insani durumun acınacaqlı olduğunu bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i259970-sərhədsiz_həkimlər_təşkilatı_yəməndə_insani_durumun_acınacaqlı_olduğunu_bildirib
Sərhədsiz Həkimlər Təşkilatı Yəməndə insani vəziyyətlə bağlı xəbərdarlıq edərək, bildirib ki, ötən iki ildə bu ölkəyə qarşı aparılan savaş ölkə əhalisini acınacaqlı durum ilə üzləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2017 08:33 Asia/Baku
  • Sərhədsiz Həkimlər Təşkilatı Yəməndə insani durumun acınacaqlı olduğunu bildirib
    Sərhədsiz Həkimlər Təşkilatı Yəməndə insani durumun acınacaqlı olduğunu bildirib

Sərhədsiz Həkimlər Təşkilatı Yəməndə insani vəziyyətlə bağlı xəbərdarlıq edərək, bildirib ki, ötən iki ildə bu ölkəyə qarşı aparılan savaş ölkə əhalisini acınacaqlı durum ilə üzləşdirib.

Əl-Qüds Əl-Ərəbi qəzetinin yazdığına görə, Sərhədsiz Həkimlər Təşkilatı çərşənbə günü bir bəyanat yayaraq, bildirib: Yəmən əhalisi Ərəbistanın bu ölkəyə olan hücumlarına görə çox ağır duruma düşüb. Bu hücumlarda minlərlə insan ölüb, yaalanıb və ya əlil olub. Yəmənlilər xüsusi ilə Təiz əyalətində heç bir gəlirə malik deyillər və bir çox dövlət qulluqçusu da bir neçə aydır ki, əmək haqqı ala bilmir.

Sərhədsiz Həkimlər Təşkilatının bəyanatında həmçinin deyilir: Təiz sakinləri aclıqdan, xəstəlikdən əziyyət çəkir, yanacaq və elektrik enerjisinin olmaması isə bu durumu daha da çətinləşdirir.

Belə bir vəziyyətdə Ərəbistan qırıcıları bu gün də Yəmənin paytaxtı Səna şəhərinin şimalında, Ərhəb məntəqəsində bir yas mərasimini bombalayıblar. Bu hücumda 6 nəfər ölüb, 10 nəfər isə  yaralanıb.

Ərəbistan və müttəfiqləri artıq 2 ildir ki, Yəməni aramsız şəkildə bombardman edirlər. Bu hücumlar indiyə kimi minlərlə insanın ölməsi, on minlərlə insanın yaralanması və milyonlarla insanın fəlakətli duruma düşməsinə səbəb olub.