Yəmənli qadın və uşaqlar; səudiyyəlilərin təcavüzünün qurbanları
Günahsız yəmənli qadın və uşaqlar dünyanın susqunluğu içində Səudiyyə rejiminin təcavüzkar hücumlarının qurbanlarına çevrilməkdədir.
Yəmənli uşaq yaralarının ağırlığı üzündən hətta öz səsini belə eşitməyə qadir deyil. O Səudiyyə rejiminin Sənanın yaxınlığında Ərhəb şəhərində keçirilən yas mərasiminə hücumu zamanı yaralanıb. Başqa bir uşağın üzü səudiyyə bombaları nəticəsində dağılıb, bombanın səsindən səsi kəsilib və hətta ağlamağa belə qadir deyil.
Səudiyyə rejimi beynəlxalq ictimaiyyətin susqunluğu nəticəsində beləcə yəmənli qadın və uşaqları hədəfə almaqda davam edir.
Əl-Cəuf vilayətində Əl-Mətun şəhərində bir yaşayış binasının hədəfə alınması uşaqlar da daxil bir neçə nəfərin şəhid olması və yaralanması ilə nəticələnib.
Səudiyyə Ərəbistanının Sədə vilayətinin Baqim şəhərində yerləşən Əddima məhəlləsinə hava hücumunda taxıl daşıyan bir yük maşını hədəfə alınıb və bir neçə nəfərin şəhid olması və yaralanması ilə nəticələnib.
Səudiyyə təcavüzkarları Əl-Hədidə limanını da hədəfə alıblar. Bu hücumda bir neçə mülki şəhid olub və yaralanıb. Həccə , Məarib və Sədə vilayətlərində də Həlq və Sərvah şəhərləri kasset bombalarla hücuma məruz qalıblar.