Fev 20, 2017 20:58 Asia/Baku
  • Suriya ordusu Hələbin şərqində səkkiz kəndi azad edib
    Suriya ordusu Hələbin şərqində səkkiz kəndi azad edib

Suriyanın ordu və onun müttəfiqlərinin qüvvələri Hələbin şərqində səkkiz kəndi azad edilər. Onlar Əlriqqə şəhərinin idarə sərhədlərinə doğru irəliləyişlərini davam etdirirlər.

Əlaləm telekanalının məlumatına görə, Humsun şərq hissəsində də Suriya ordusu və onun müttəfiqlərinin qüvvələri Əlbəyarat məntəqəsindəki Əltərəfə Əlşərqiyyə kəndini azad ediblər. Bu əməliyyat çoxlu sayda İŞİD terrorçusunun ölümü ilə nəticələnib. Diyrəlzurda da Suriya ordusu və onun müttəfiqlərinin qüvvələri İŞİD terrorçularının hərəkətlərini və Diyrəlzur şəhərinin cənub girişində yerləşən Panorama məntəqəsinə girməyə səy göstərmələrini zərərsizləşdiriblər ki, bu döyüşlər də çoxlu sayda terrorçunun ölməsi, yaralanması və ya qaçması ilə nəticələnib. Digər tərəfdən, Suriya ordusu və onun müttəfiqlərinin qüvvələri İŞİD terrorçularının bir casusluq pilotsuzunu vurub yerə salıblar. Bu pilotsuz casusluqdan əlavə, özü ilə bombalar daşıyırmış ki, müəyyən hədəfləri vurmuş olsun, amma Suriya ordusu onu Diyrəlzur hava limanı üzərində hədəfə alaraq, vurub yerə saldı.

Teqlər