Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanın beynəlxalq cinayət məhkəməsində mühakimə edilməsini istədi
Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistan başçılarının Yəməndə bəşəriyyət əleyhinə cinayət törətmək ittihamı ilə beynəlxalq cinayət məhkəməsində mühakimə edilmələrini istəyib.
İRİB-nin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı Ərəbistanın beynəlxalq cinayət məhkəməsində mühakimə edilməli olduğunu vurğulayıb. İtaliyanın Beynəlxalq Amnistiya Təşkilatının sədri bir mətbuat konfransında Yəmənlə bağlı hesabatını açıqlayaraq, Ərəbistanın Yəməndəki cinayətlərinin miqyasını son dərəcə böyük adlandırıb.
İtaliyada Beynəlxalq Amnistiya Təşkilatının sədri Antonio Markizi deyib:
"Yəmənin Ərəbistan tərəfindən bombardman edilməsi insan haqları və beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır. Ərəbistan bizim qənaətimizə görə Yəməndə müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törədib və buna görə beynəlxalq məhkəmədə mühakimə edilməlidir. Qərb dövlətləri öz maraqları və mənafeləri xatirinə bu cinayətlər qarşısında sükut edirlər. Çünki, Ərəbistanı dost ölkə hesab edirlər."
Ərəbistan və müttəfiqlərinin ötən 2 ildə Yəmənə qarşı hücumlarında minlərlə insan ölüb və yaralanıb. Bu cinayətin qurbanlarını isə əsasən uşaqlar təşkil edir.
BMT-nin İtaliyadakı sözçüsü Rikardo Nori isə bildirib :
"2015-ci ildə olduğu kimi ötən il də Ərəbistan Yəməndəki cinayətlərini davam etdirdi. Beynəlxalq Amnistiya Təşkilatı ötən il Yəməndə məscidlər, xəstəxanalar, bazarlar və ictimai məkanların Ərəbistan tərəfindən bombardman edilməsi hallarını qeydə alıb. Amma, təəssüflər olsun ki, İtaliya və digər Avropa ölkələri Ərəbistana silaha satışını dayandırmayıblar."
Beynəlxalq Amnistiya Təşkilatı həmçinin, öz hesabatında Ərəbistanda insan haqlarının durumunu son dərəcə acınacaqlı adlandırıb və Ali-Səudun bu ölkə vətəndaşları ilə davranışını qəbul edilməz adlandırıb.
Bu arada BMT qıtlıq və aclıqdan əziyyət çəkən Yəmənin insan faciəsi ərəfəsində olduğu barədə xəbərdarlıq edib. Cimi Mək Qoltreyk Yəmənlə bağlı hesabatında 7 milyondan çox yəmənlinin öz gündəlik ərzaqlarını necə və hardan təmin edəcəklərini bilmədiyini elan edib. Beynəlxalq Amnistiya Təşkilatı da bir hesabat yayaraq, Ərəbistanın Yəməndə törətdiyi cinayətlərin təsəvvür edilməyəcək dərəcədə böyük olduğunu bildirib.