Hələbin şərqində yerləşən Rəsmül-Hərməl şəhəri azad edildi
Suriya ordusu İŞİD terrorçuları ilə savaşın davamında Hələbin şərqində yerləşən Rəsmül-Hərməl şəhərini terrorçuların işğalından azad edib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu cümə axşamı müqavimət qüvvələrinin köməyi ilə Hələbin şərqində yerləşən Təyyarətül-Məza, Rəsmül Hərməl və Əl-Məzburə qəsəbələrində 3 istiqamətdən İŞİD terrorçularının mövqelərinə tərəf irəliləməyə başlayıb. Və sonda Rəsmül-Hərməl qəsəbəsinə nəzarəti tam təmin edib.
Suriyalı qüvvələr hal hazırda Rəsmül-Hərməl qəsəbəsində öz mövqelərini möhkəmləndirməklə məşğuldurlar.
Digər tərəfdən müqavimət qüvvələri çərşənbə günü Təbarətül-Mazi və Əl-Məzburə qəsəbələrini də terrorçuların işğalından azad etməyə nail olub.
Bu qəsəbələr Əl-Bab şəhərindən sonra İŞİD-in Hələb əyalətində ikinci ən iri bazası sayılan Deyr Hafir şəhərinə çıxış nöqtəsi hesab olunur.