Fev 23, 2017 19:25 Asia/Baku
  • Cenevrədə Suriya sülh müzakirələri başlandı

Suriya böhranına son qoymaq üçün Cenevrədə sülh müzakirələrinin növbəti mərhələsinə start verilib.

PressTV-nin verdiyi məlumata görə, Cenevrə sülh müzakirələrində Suriya dövlətini təmsil edən heyətə bu ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşşar Cəfəri başçılıq edir. Suriyalı müxalifləri təmsil edən heyətə isə Nəsr Əl-Həriri başçılıq edir. 

Bu məlumata görə, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura bu gün Cenevrədə Suriya dövlətini təmsil edən heyət ilə görüşüb.

Stefan De Mistura daha öncə bildirmişdi ki, Cenevrədə Suriya böhranı üçün siyasi həll yoluna nail olmaq üçün bir sıra müzakirələr həyata keçiriləcək.

Cenevrədə Suriya sülh müzakirələri 10 aylıq bir fasilədən sonra yenidən bərpa edilib.

Teqlər