İraqlı qüvvələr İŞİD-in səsini kəsiblər - Reportaj
İŞİD-in “Əl-Bəyan” adlı radiosu öz fəaliyyətini dayandırmağa məcbur olub.
İraqlı qüvvələr İŞİD-in səsini kəsiblər. Mosulun azad edilməsi əməliyyatında əldə edilən uğurların davamında 2 il yarım bundan öncə fəaliyyətə başlayan İŞİD-in “Əl-Bəyan” adlı radiosu öz fəaliyyətini dayandırmağa məcbur olub. İraqlı qüvvələr bildirirlər ki, Mosulun şərq hissəsinin ardınca, şəhərin qərb hissəsinin də bəzi hissələrini azad ediblər. Bu məlumata görə, Mosul şəhərinin təqribən 90%-i artıq İŞİD-in işğalından azad edilib.
İRİB-nin müxbiri:
Mosulun qərb hissəsində bəzi məntəqələrin azad edilməsi ilə İŞİD-in sivil insanların həyatını təhlükə ilə üzləşdirən bir sıra yeni cinayət metodları üzə çıxmağa başlayıb. Mosulun qərbində yerləşən və İŞİD-in işğalından yeni azad edilmiş Əl-Əymən məntəqəsində olduq. Burda evlərin çoxunda terrorçular tərəfindən partlayıcı tələlər quraşdırılıb. Təhlükəsizlik qüvvələri bu kimi evlərin üzərinə “Müfəxxəx” kəlməsi yazmaqla, insanları təhlükə barədə məlumatlandırırlar.
Bu, bir İŞİD terrorçusunun cəsədidir. Bomba quraşdırmağa çalışdığı bu evi öz başına uçurdaraq, altında qalıb.
İraqlı hərbçi:
Terrorçular zorla insanları evlərindən çıxardır və evlərinə bomba yerləşdirirlər. Bununla həm təhlükəsizlik qüvvələrini hədəfə almağa çalışır, həm də, evlərinə qayıdan insanların həyatını təhlükəyə atırlar.
İRİB-nin müxbiri:
İŞİD-in cinayətləri bununla da məhdudlaşmır. Terrorçular evlərin içindən tunellər qazaraq, küçənin iki tərəfi arasında yeraltı yollar yaradıblar. Amma, yenə də iraqlı qüvvələrin gülləsindən gizlənə bilməyiblər.
İraqlı hərbçi:
Terrorçular bu tunellərdən istifadə edərək, həm, bizi hədəfə almağa həm də, bizdən gizlənməyə çalışırdılar. Amma, bu tunellər belə onları bizim əlimizdən xilas edə bilməyəcək.
İRİB-nin müxbiri:
İŞİD-in cinayətləri bunlarla da məhdudlaşmır. İşğaldan azad edilmiş Səyrəmun məntəqəsində olduq. İŞİD bu məntəqədəki məktəbi bomba və raket mərmiləri anbarına çevirmişdi. İndi İraqlı qüvvələrin Mosulun mərkəzinə yaxınlaşması ilə şəhər sakinlərinin İŞİD-in əsarətindən xilas olmaq üzrə ümidləri də artıb.