Yəmən hüquq təşkilatı BMT TŞ-i tənqid edib
Yəmənin Milli Hüquq, Azadlıqlar və İnkişaf Təşkilatı bu ölkənin şimalındakı Əlcuf vilayətində bir bəyanat yayaraq, BMT Təhlükəsizlik Şurasının Yəmən xalqının tələblərini görməməzliyə vuran bu ölkə barədəki son iclasının nəticələrini tənqid edib.
BMT Təhlükəsizlik Şurası cümə axşamı günü bir qətnamə qəbul edibdir ki, ona əsasən, bu təşkilatın Yəmənə qarşı sanksiyaları daha bir il müddətinə, yəni 2018-ci il fevralın 26-dək uzadılacaq.
Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, bu bəyanatda deyilir: BMT-nin və Təhlükəsizlik Şurasının qətnamə və mövqeləri ən vəhşicəsinə cinayətlərə məruz qalan Yəmən xalqını dəstəkləmir.
Həmçinin bu bəyanata əsasən, Ərəbistanın Yəmənə qarşı planlaşdırılmış və əsaslandırılmaz təcavüzü beynəlxalq qanunların açıq şəkildə pozulması, həmçinin ölkələrin hakimiyyətləri və istiqlaliyyətinə müdaxilədir.