İƏT Nazirlər Şurasının 22-ci iclası öz işinə başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261070-İƏt_nazirlər_Şurasının_22_ci_iclası_öz_işinə_başlayıb
Bu gün Pakistan paytaxtı İslamabadda İran İslam Respublikasının xarici işlər naziri və son 4 il ərzində Regional İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-in dövri sədri Məhəmməd Cavad Zərifin iştirakı ilə bu təşkilatın xarici işlər nazirləri şurasının 22-ci iclası öz işinə başlayıb. Bu barədə İRNA məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2017 07:07 Asia/Baku
  • İƏT-in Nazirlər Şurasının 22-ci iclası öz işinə başlayıb
    İƏT-in Nazirlər Şurasının 22-ci iclası öz işinə başlayıb

Bu gün Pakistan paytaxtı İslamabadda İran İslam Respublikasının xarici işlər naziri və son 4 il ərzində Regional İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-in dövri sədri Məhəmməd Cavad Zərifin iştirakı ilə bu təşkilatın xarici işlər nazirləri şurasının 22-ci iclası öz işinə başlayıb. Bu barədə İRNA məlumat verib.

İƏT-in xarici şlər nazirləri şurasına 4 il müddətində sədrlik edən İran İslam Respublikası İslamabadda keçirilən bugünkü iclasda dövri sədrliyi Pakistana ötürəcək. 

İİR prezidenti Həsən Ruhaninin də İslamabad iclasına qatılmaq üçün bu gün Pakistana səfəri gözlənilir. 

İslamabad sabah İƏT-in zirvə toplantısına evsahibliyi edəcək. 

İran, Azərbaycan Respublikası, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan Regional İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-in üzvlərini təşkil edirlər.