İŞİD İraqdan Suriyaya qaçış yolunu aça bilməyib
-
İŞİD İraqdan Suriyaya qaçış yolunu aça bilməyib
İraqın xalq səfərbər qüvvələri terrorçu İŞİD qrupunun İraqın qərb bölgələrindən Suriya ərazilərinə qaçış yollarını açmaq cəhdlərini nakam qoyub.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın xalq səfərbər qüvvələri İŞİD terrorçularının Mosulun qərbində ən əsas yardım yollarından birinə nüfuz etmək və İŞİD-in başçıları və əcnəbi ünsürlərinin aradan çıxması üçün yol açmaq cəhdlərini nakam qoyublar.
Başqa məlumata görə, İraq ordusunun baş qərargah rəisi Osman Əl-Ğanemi deyib: İŞİD ilə mubarizədə sadəcə İraqın xalq səfərbər qüvvələri, ordusu və Daxili İşlər Nazirliyinin eləcə də terrorizm ilə mübarizə təşkilatının qüvvələri iştirak edirlər.
Əl-Ğanemi həmçinin bu ölkə ordusunun ölkənin qərbindəki əməliyyatlarının davam etməsindən xəbər verib.
İraqlı qüvvələr Mosulun qərbində irəliləməkdədirlər ancaq bu bölgədə mülki əhalinin xəsarət almaması üçün mülahizələr əməliyyatın sürətini azaldır.
İŞİD terrorçuları mülkidən İraq ordusu qarşısında canlı qalxan kimi istifadə edirlər.
Bu məlumata görə, Mosul şəhərinin qərb hissəsinin tam azad edilməsindən sonra sadəcə sərhədlərədək olan ərazilərin terrorçulardan təmizlənilməsi əməliyyatına ehtiyac olacaq ki, onu da İraq ordusu öz üzərinə götürəcək.