Yəmənlilər ordunun uğurlarını alqışlayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261462-yəmənlilər_ordunun_uğurlarını_alqışlayıblar
Yəmən xalqı bu gün paytaxt Səna şəhərində geniş aksiya keçirərək Yəmən ordusunun Səudiyyə muzdluları qarşısındakı uğurlarını alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2017 17:27 Asia/Baku
  • Yəmənlilər ordunun uğurlarını alqışlayıblar
    Yəmənlilər ordunun uğurlarını alqışlayıblar

Yəmən xalqı bu gün paytaxt Səna şəhərində geniş aksiya keçirərək Yəmən ordusunun Səudiyyə muzdluları qarşısındakı uğurlarını alqışlayıb.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, aksiyaçılar bir bəyanat yayaraq bildiriblər ki, Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı bütün cinayətləri sionist rejimə xidmət istiqamətində olub və Yəmən xalqı bu cinayətləri pisləmək və beynəlxalq qurumların etinasızlığına öz nifrətini bildirmək üçün belə bir aksiya təşkil edib. 

Bəyanatda Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumuna və blokadasına son qoyulması istənilir. 

Yəmən ordusu və xalq qüvvələri son aylar ərzində ballestik raketlər vasitəsi ilə Səudiyyə Ərəbistanı ərazilərinə iəks hücumları gücləndiriblər. 

Eyni zamanda Səudiyyə Ərəbistanının hərbi təyyarələri bu gün səhər Yəmənin müxtəlif bölgələrinə hücum edərək ən azı 15 mülkini öldürüb yaxud yaralayıblar.