Mart 04, 2017 12:31 Asia/Baku
  • Bəhreyn vətəndaşlarının Ali-Xəlifə rejiminə etirazı davam edir
    Bəhreyn vətəndaşlarının Ali-Xəlifə rejiminə etirazı davam edir

Manamanın Əd-Duraz məntəqəsində İmam Sadiq (ə) məscidində cümə namazının qılınmasına maneçiliyin davam etməsi ardınca, Bəhreyn vətəndaşları Ali-Xəlifənin siyasətləri əleyhinə etiraz ediblər.

Əl-Aləm televiziyasının məlumatına görə, Ali-Xəlifə rejimi hərbçiləri 33-cü gün ardıcıl olaraq Bəhreyn vətəndaşlarının mühasirəyə alınmış Əd-Duraz məntəqəsində cümə namazı qılmasına mane olublar. 

Bu arada, Bəhreynin müxtəlif bölgələrinin sakinləri cümə günü aksiyalar keçirərək hakim rejimin siyasətlərini pisləyiblər. 

Etirazçılar ərzaq maddələri və içməli su çatışmazlığı ilə üzləşmiş 20 min əhalisi olan Əd-Duraz bölgəsinin mühasirəsinə son qoyulmasını istəyiblər. 

27 fevralda əsassız çirkli pulların yuyulması ittihamı ilə Şeyx İsa Qasimi mühakimə etmək istəyən Bəhreyn məhkəməsi etiraz aksiyalarının keçirilməsi ardınca, onun mühakiməsini 14 marta təxirə salıb. 

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejimi əleyhinə xalq qiyamının şahididir. Bəhreynlilər azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini istəyirlər. 

Teqlər