Əfqanıstanda təxminən 200 terrorçu öldürülüb
Əfqanıstanın təhlükəsizlik qüvvələri təkfirçi qruplar və Taliban ünsürlərinin məhv edilməsi üzrə keçirdikləri əməliyyatda təxminən 200 terrorçu öldürülüb.
İRİB-in məlumatına görə, Əfqanıstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti bir bəyanatda bildirib: Ötən 48 saat ərzində Loğman, Nəngərhar, Kapisa, Loger, Fərah, Təxar, Pektika, Hərat, Badqeys, Kabil və Helmənd vilayətlərində keçirilən əməliyyatlarda bu qədər terrorçu məhv edilib.
Bildirildiyinə görə, dövlət qüvvələrinin Helmənd vilayətinin Nadəli rayonunda keçirdiyi əməliyyatda 48 Talibançı öldürülüb.
Bu əməliyyatda həmçinin 90 Taliban üzvü və terror qruplaşmaları, o cümlədən İŞİD-çi yaralanıb.
Əfqanıstan təhlükəsizlik qüvvələrinin Taliban və digər terror qruplarına qarşı əməliyyatı ötən çərşənbə günü Kabil şəhərində törədilən terraktdan sonra artıb. Həmin terror hadisəsində 23 nəfər həlak olmuş, 120 nəfər yaralanmışdı.