İŞİD Mosulda kimyəvi silahdan istifadə etdi, dünya qınadı
Beynəlxalq Qırmızı Xaç Komitəsi İŞİD terrorçularının Mosulda sivil əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsini qınayıb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi bir bəyanat yayaraq, Mosuldakı tibb mənbələrinə istinadla, terrorçuların hücumundan sonra kimyəvi maddələrə məruz qalmış bir neçə nəfərin xəstəxanaya müraciət etməsindən xəbər verib.
Bu beynəlxalq komitə həmçinin, terrorçuların yenidən kimyəvi silahdan istifadə ehtimalı barədə nigaranlıq edərək, beynəlxalq qanunlara əsasən bu kimi silahlardan istifadənin qadağan edildiyini xatırladıb.
İraqın Ərbil vilayətində yerləşən Rojava xəstəxanasının təcili yardım bölməasinin müdir müavini Hüseyn Qadirin dediyinə görə, ötən günlər ərzində bir neçə nəfər bu xəstəxanaya müraciət edib. Onlar İŞİD-in istifadə etdiyi kimyəvi qazlara məruz qalaraq, zəhərləniblər.
Mosul şəhəri İraqın şimalında yerləşən Neynəva vilayətinin mərkəzidir və 2014-cü ildən İŞİD terrorçularının nəzarəti altındadır. Şəhərin böyük bir hissəsi cari ilin yanvar ayında terrorçulardan azad edilib və hazırda həmin məntəqələr İraq ordusunun nəzarəti altındadır.