Müştərək yəmənli qüvvələrin hücumunda səud hərbçiləri məhv ediliblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261690-müştərək_yəmənli_qüvvələrin_hücumunda_səud_hərbçiləri_məhv_ediliblər
Yəmənin ordusu və xalq komitələrinin bu gün səhər tezdən Ərəbistanın cənubundakı Nəcran şəhərinə qarşı hücumu üç səud hərbçisinin öldürülməsi və onların hərbi avtomobillərinin məhv edilməsilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2017 13:13 Asia/Baku
  • Müştərək yəmənli qüvvələrin hücumunda səud hərbçiləri məhv ediliblər
    Müştərək yəmənli qüvvələrin hücumunda səud hərbçiləri məhv ediliblər

Yəmənin ordusu və xalq komitələrinin bu gün səhər tezdən Ərəbistanın cənubundakı Nəcran şəhərinə qarşı hücumu üç səud hərbçisinin öldürülməsi və onların hərbi avtomobillərinin məhv edilməsilə nəticələnib.

IRNA-nın məlumatına görə, belə bir halda, bir ərəbistanlı hərbçi də Cizanın Əlmənəq hərbi məntəqəsində bir yəmənli snayper tərəfindən öldürülüb.

Yəmənin ordusu və xalq komitələrinin artilleriyası ərəbistanlı hərbçilərin Cizanda yerləşən Əlbəyt Ələbiz hərbi məntəqəsindəki mövqelərini də hədəfə alıb.

Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi səud hərbçilərinin Əsir şəhərində yerləşən Ələb keçidinin arxasındakı mövqelərinə "Zəlzal-2" raketi atıb və çox yüksək dəqiqliklə hədəfə dəyibdir.

Belə bir halda, adının gizli qalmasını istəmiş Yəmənin təhlükəsizlik rəsmilərindən biri Fars xəbər agentliyilə müsahibədə bildirib ki, bu ölkənin təhlükəsizlik orqanı səud təcavüzkarlarının Yəmənin Amerika tərəfindən işğalına zəmin yaratmaq məqsədilə fitnəkarlıq törətmək və bu ölkənin şimalında gizli terror özəklərini ayağa qaldırmaq üçün Əlqaidə-ni himayə üzrə planını nakam qoyub.

Yəmənli mənbənin sözlərinə görə, bu ölkədəki savaşın üçüncü ildönümü ərəfəsində səud təcavüzkarları ciddi şəkildə Əlqaidə-ni himayə etmək və bu terror qrupunun başçıları ilə daha yaxın əlaqələr qurmaqla Yəmənin cənubu üçün yeni və nəhs planlar cızıblar.

Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini bu ölkənin siyasi səhnəsinə qaytarmaq məqsədi və ABŞ-ın dəstəyi ilə 2015-ci ilin martında Yəmən xalqına qarşı hücumlarına başladı.