Sruiya Humsda yekun atəşkəs razılaşması uğrunda səylərini davam etdirir
-
Sruiya Humsda yekun atəşkəs razılaşması uğrunda səylərini davam etdirir
Suriyanın qərbində yerləşən Hums şəhərinin icra başçısı deyib: Rəsmi dəməşq ilə müxaliflər arasında danışıqlarda məqsəd atəşkəs razılaşmasının əldə olunması və yaraqlıların Humsdan çıxmalarıdır.
İRİB-in verdiyi məlumata görə, Hums şəhərinin icra başçısı Təllal Əl-Bəzazi son bir ay ərzində Hums şəhərində atəşkəs uğrunda səylərin davam etdiyini bildirərək deyib: Rəsmi Dəməşq bu barədə rusiyadan gözləyir ki, atəşkəsə qaranti versin.
Əl-Bəzazi Həmimim barışıq mərkəzinin sədri, Suriya dövlətinin nümayəndələri, Humsun Əl-Vər bölgəsində fəaliyyət göstərən silahlı qrupların nümayəndələri və yerli ağsaqqallardan birinin müzakirələrdə iştirakına toxunaraq deyib: Hələ atəşkəs razılaşması yekunlaşmayıb.
Fevralın 25-də Hums şəhərində təhlükəsizlik qüvvələrinin mərkəzlərinə qarşı terrorçu hücumlar nəticəsində 42 nəfər həlak oldu onlarla adam yaralandı.