Suriya BMT-nin passivliyini qınadı
-
Suriya BMT-nin passivliyini qınadı
Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurası başçısından şənbə günü Dəməşqin "Müsəlla Qapısı" məntəqəsində törədilən 2 terror aktına münasibət bildirmələrini istəyib.
Suriya dövlət xəbər agentliyinin verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi BMT baş katibinə və Təhlükəsizlik Şurası başçısına ayrı-ayrılıqda müraciətlər göndərərək, terrorizmi və terrorçuları himayə edən dövlətlər və qrumların terrorizmə və terrorçulara olan yardımlarının bütün formalarını dayandırmağa məcbur edilmələrini istəyib.
Suriya Xarici İşlər Naziriyinin BMT baş katibi və Təhlükəsizlik Şurası başçısına göndərdiyi məktublarda terrorçuların şənbə günü Dəməşqin "Müsəlla Qapısı" adlanan məntəqəsində zəvvar daşıyan 2 avtobusun hərəkəti yolunda 2 güclü bomba partlatmaqla 46 nəfərin ölümünə və 120 nəfərin yaralanmasına yol açdıqları bildirilir.
Suriyanın Xarici İşlər Nazirliyi həmçinin, terrorçuların Dəməşqin müxtəlif məntəqələrini raket və minaatanlardan istifadə edərək, hücuma məruz qoyduqlarını da elan edib. Bu məlumata görə, indiyə kimi bu hücumlarda çoxlu sayda mülki əhali ölüb və yaralanıb. Həmçinin, şəhərin infrastrukturlarına, məktəb və xəstəxanalara habelə, əhalinin ümumi əmlakına ciddi zərər və ziyanlar deyib.
Suriya XİN-i şənbə günü Müsəlla Qapısı adlı məntəqədə törədilən terror aktını Suriya ordusunun terrorizmə qarşı mübarizədə əldə etdiyi ardıcıl uğurlara terrorçuların reaksiyası adlandırıb.