Nəqəbdə anti-İsrail aksiya keçirilib
-
Nəqəbdə anti-İsrail aksiya keçirilib
Nəqəb məntəqəsinin sakinləri İsrailin irqçi siyasətlərinə etiraz olaraq aksiya keçiriblər.
Fələstinin Məa informasiya agentliyinin verdiyi məlumata görə, Nəqəb səhrasında yerləşən Qələnsu və Ət-Təbyə məntəqəsi sakinləri bu gün bazar aksiya təşkil edərək, İsrailin işğal edilmiş ərazilərdə fələstinlilərə qarşı irqçi siyasət yürütməsinə etiraz ediblər.
Aksiya iştirakçıları fələstinlilərin evlərinin dağıdılması və onların öz evlərindən zorla köçürülməsinə etiraz olaraq, bu irqçi davranışlara son qoyulmasını və məscidlərdən azana verilməsinə tətbiq edilən qadağanın ləğv olunmasını təlib ediblər.
Bu etiraz aksiyasında iştirak edənlər həmçinin, İsrailin zülm və zorakılığa əsaslanan siyasətlərinin durdurulmasına kimi Fələstin xalqının müqaviməti davam etdirməsinə təkid ediblər.