Bəhreyn xalqının Şeyx İsa Qasimi himayə aksiyaları davam edir
-
Bəhreyn xalqının Şeyx İsa Qasimi himayə aksiyaları davam edir
Bəhreynlilər bir aksiya keçirərək, bildiriblər ki, nə qədər sağdırlar, bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimi himayə edəcəklər.
Təsnim xəbər agentliyinin məlumatına görə, Bəhreynin müxtəlif məntəqələri, o sıradan Əlsənabis və Barbar məntəqələrinin sakinləri dünən gecə Şeyx İsa Qasim ilə həmrəylik əlaməti olaraq, bir daha aksiyalar keçirərək, vurğulayıblar ki, nə qədər sağdırlar, onu himayə edəcəklər.
Belə bir halda, Ali-Xəlifə rejimilə müxalif olan qruplar bu gün məktəb və universitetləri bağlayıblar. Onlar xalqı geniş aksiya keçirməyə çağırıblar.
Həmçinin Şeyx İsa Qasimin nümayəndəsi Şeyx Abdullah Əlduqaq onun İslam Dünyasına aid olduğunu bildirərək, Ali-Xəlifənin Bəhreyn xalqı ilə üzləşmədə aciz olduğunu və bu görkəmli din aliminə qarşı hökmün çıxarılması və icrasının nəticələrini vurğulayıb.
Ali-Xəlifə rejiminin məhkəməsi fevralın 27-də Bəhreyndə xalq inqilabının mənəvi atası Şeyx İsa Qasimin mühakiməsini bu mühakimənin nəticələrindən qorxaraq, neçənci dəfə olaraq, təxirə salıb.
Bu mühakimə elan olunmuş tarix əsasında martın 14-də keçirilməlidir.
Həmin gün, Ərəbistan hərbçilərinin Bəhreynin inqilabçı xalqına divan tutmaq üçün bu ölkəyə girdikləri günə təsadüf edir.