Mart 14, 2017 19:26 Asia/Baku
  • Amerikalı qüvvələr İraqın Əynuləsəd bazasında yerləşiblər
    Amerikalı qüvvələr İraqın Əynuləsəd bazasında yerləşiblər

Bir məlumatlı iraqlı mənbə iki min amerikalı qüvvənin İraqın qərbindəki Əynuləsəd bazasında yerləşməsindən xəbər verib.

IRNA-nın məlumatına görə, adı açıqlanmayan İraq ordusunun bir zabiti bildirib ki, iki min amerikalı qüvvə İraqın Ələnbar sərhəd vilayətinin şimalındakı Əynuləsəd bazasına daxil olub.

ABŞ-ın İraqa qüvvənin göndərilməsi üzrə hərəkəti iraqlı qruplar, partiyalar və məsul şəxslərin müxalifətilə üzləşib.

Amerika iddia edir ki, bu ölkənin hərbçiləri Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatında iraqlı qüvvələrə dəstək məqsədilə bu ölkədə iştirak edirlər.

Belə bir halda, İraqın sabiq daxili işlər naziri bundan öncə Əynuləsəd bazasında amerikalı qüvvələr tərəfindən bir silahlı qrupa gizli hərbi təlimin keçilməsi barədə xəbərdarlıq etmiş və bildirmişdi ki, bu addımda məqsəd, İraqın bölünməsi planının həyata keçirilməsidir. 

Həmçinin İraqın baş naziri Heydər Əlibadi dəfələrlə vurğulayıbdır ki, İraqın xarici qüvvələrə ehtiyacı yoxdur və əcnəbi qüvvələrin hər cür hərbi əməliyyatı və ya İraqın hər bir məntəqəsində yerləşdirilməsi bu ölkə hökumətinin razılığı və ya koordinasiyası olmadan mümkün deyildir.

Teqlər