Spayker qırğını qurbanlarının ikinci kütləvi qəbiristanlığı aşkar edilib
-
Spayker qırğını qurbanlarının ikinci kütləvi qəbiristanlığı aşkar edilib
İraqın səhiyyə nazirliyi Səlahəddin vilayətində Tikrit saray ərazilərində İŞİD tərəfindən törədilən Spayker qırğını qurbanlarının kütləvi qəbiristanlığının aşkar edilməsindən xəbər veib.
İSNA-nın verdiyi məlumata görə, İraqın Səhiyyə Nazirliyinin rəsmilərindən olan Zeyd Əli Abbas bildirib ki, Tikrit saraylarında kütləvi qırğın qəbiristanlığından indiyədək 12 cəsəd çıxarılıb.
İraq dövləti ötən il həmin ərazilərdə kütləvi qırğın qəbiristanlığından 1000 cəsəd aşkar etmişdi. Terrorçu İŞİD qrupu 2014-cü il iyun ayında İraqın şimal və qərb bölgələrinə hücumda Spayker hərbi akademiyanın tələbələrindən ibarət 1700 nəfəri vəhşicəsinə qırğın etdi.
Başqa məlumata görə, Mosuldakı müştərək iraqlı qüvvələrinin sözçüsü Yəhya Rəsul İraqın kəşfiyyat xidmətinin İŞİD terrorçularının başçısı Əbubəkr Əl-Bəğdadinin fəaliyyətlərini yaxından nəzarətdə saxladığını bildirərək deyib: İraqlı qüvvələr onun gizləndiyi yeri aşkar edən kimi onu hədəfə alacaqlar.