Suriya ordusu bir sionist qırıcısını məhv edib
Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı bildirib ki, bu ölkənin hava hücumundan müdafiə qüvvələri Humsun şərq ətrafında yerləşən Tədmur istiqamətində bir sionist qırıcısını vurub yerə salıblar.
Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı bir bəyanat yayaraq vurğulayıb ki, dörd ədəd sionist rejim qırıcısı bu gün səhər tezdən Livan ərazisi vasitəsilə Suriyanın hava məkanını pozaraq, Əlbric məntəqəsində Humsun şərq ətrafında yerləşən Tədmur istiqamətində hərbi mərkəzlərdən birini hədəfə alıbdır ki, Suriya ordusunun hava hücumundan müdafiə qüvvələrinin atəşlərilə üzləşdikdən sonra onlardan biri vurularaq, yerə salınıb. Yerdə qalan təcavüzkar qırıcılar aradan çıxmağa məcbur olublar.
Bu bəyanata görə, sionist rejim tərəfindən İŞİD terrorçularını müdafiə istiqamətində həyata keçirilən bu aşkar təcavüz İŞİD terrorçularının zəifləmiş əhval-ruhiyyəsini yüksəltmək və Suriya ordusunun terror qrupları ilə mübarizədəki qələbələrini əhəmiyyətsiz göstərmək üzrə məyuscasına bir hərəkətdir.
Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı həmçinin özünün sionistlərin Suriya torpaqlarına hər cür təcavüzü ilə mübarizə üzrə əzmkarlığını vurğulayaraq, xəbərdarlıq edib ki, Suriya hərbçiləri bu hərəkətlərin təkrar ediləcəyi halda qüdrətlə ona cavab verəcəklər.
Suriya böhranının 2011-ci ilin martında başlanmasından bəri sionist rejim dəfələrlə terroristlərə kömək və dəstək məqsədilə suriyalı hərbçilərin mövqelərini hədəfə alıbdır.
Sionist rejim qırıcıları Suriya böhranı zamanı terrorçulara hava dəstəyi qismində əməl edirlər. Bundan əlavə, minlərlə yaralı terrorçu sionist rejim xəstəxanalarında müalicə və Suriyada savaşı davam etdirmək üçün təchiz olunur.