Mart 17, 2017 20:03 Asia/Baku
  • Yəmən xalqı ABŞ və Ərəbistana qarşı aksiya keçirib

Yəmən xalqı müharibənin qəbul etdirilməsi və bu ölkənin mühasirə edilməsinə etiraz olaraq bu gün axşam paytaxt Sənada geniş aksiya keçirib. Aksiyaçılar "Amerikaya ölüm!" şüarı verərək, dünya imperializmi və onun regional muzdurlarına qarşı öz nifrət hisslərini ifadə ediblər.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə, bu ölkə xalqı həmin aksiyada həmçinin "İsrail rejiminə ölüm!" şüarı və Ərəbistan daxil olmaqla regional təcavüzkarlara qarşı şüarlar səsləndirib.

Aksiyaçılar səud təcavüzkarların Yəmən xalqına qarşı cinayətlərini pisləyərək, son qələbəyədək müqavimətin davam etdirilməsini vurğulayıblar.

Aksiyaçılar həmçinin beynəlxalq dairələrin təcavüzkarların Yəməndəki cinayətləri qarşısında susmalarını pisləyərək, vurğulayıblar ki, baş şeytanın Yəmənə qarşı koalisiyası bu ölkədə qırğın törədib, evləri və infrastrukturları dağıdıbdır.

Yəmən xalqı Sənada keçirilən aksiya zamanı vurğulayıb ki, öz hüquqlarından vaz keçməyəcək və onun haqqında rəva görülmüş məsələdə təslim olmayacaq. Aksiyaçılar habelə vurğulayıblar ki, Yəmən xalqının müqaviməti BMT-nin alnına vurulacaq biabırçı bir damğa olacaq.

Eyni zamanda, bu gün yəmənli qüvvələrin bu ölkənin mərkəzindəki Marəb vilayətində yerləşən Kufil qarnizonuna qarşı raket hücumunda altmış Ərəbistan muzduru, o sıradan bir qrup komandan öldürülüb və ya yaralanıbdır.

Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölməsi bu gün Ərəbistanın cənubundakı Cizan şəhərində yerləşən Aramko şirkətinə bir ədəd orta mənzilli raket atıb və bu raket hədəfə dəyibdir.

Bu raket bölməsi fevralın 19-da da Ərəbistanın Cizan və Əsir şəhərlərindəki əksər hərbi bazaların elektrikini təmin edən Əlşəqiq elektrik stansiyasına bir ədəd ballistik raket atıbdır. 

Teqlər