Mosulda iraqlı qüvvələr əsir alınıblar
İraqlı mənbələr bu ölkə hərbçilərindən bir qrupunun İŞİD ünsürəri tərəfindən Mosul şəhərində əsir alındığını təsdiq ediblər.
Röyters adının açıqlanmamasını istəmiş İraq Daxili İşlər Nazirliyinin bir baş üzvünə istinadla belə xəbər verib: Mosuldakı "Babi Cədid" məhəlləsində İŞİD terrorçuları ilə döyüş zamanı bir polis polkovniki və səkkiz digər zabit terrorçular tərəfindən əsir alınıb.
Belə güman edilir ki, bu şəxslər terrorçuların pusqu əməliyyatında əsir alınıb.
Belə bir halda, iraqlı mənbələr bildiriblər ki, dünən axşam Bağdadın cənubundakı "Həyy Amil" məntəqəsində bomba qoyulmuş bir avtomobilin partlaması zamanı baş vermiş tələfatın sayı 15-ə, yaralıların sayı isə 33-ə çatıbdır. Bundan öncə iraqlı mənbələr bu partlayışın tələfatının sayını beş nəfər elan etmişdilər.
İraq paytaxtının şimalı və qərbindəki Əltaci məntəqəsi və Fərat məhəlləsi də bazar ertəsi günü bir neçə digər partlayışın şahidi olubdur ki, həmin partlayışlarda bir nəfər ölüb, dörd nəfər də yaralanıbdır.
Təhlükəsizlik ekspertləri vurğulayıblar ki, İŞİD-in gizli özəkləri hələ də İraq paytaxtının uc-bucaqlarında iştirak və vaxtaşırı özlərinin terror hücumlarını bu gizli məkanlardan icra edirlər.
İraqın siyasi və təhlükəsizlik rəsmilərinin dediklərinə görə, terror qrupları meydan döyüşlərində məğlub olduqdan sonra İraqın xalqı və qüvvələrinin əhval-ruhiyyəsini zəiflətmək hədəfilə terror hərəkətlərini ön plana çəkiblər.