Mart 24, 2017 11:40 Asia/Baku
  • Dəməşq: Türkiyə, Ərəbistan və Qətərin Suriyada terror aktlarında əlləri var
    Dəməşq: Türkiyə, Ərəbistan və Qətərin Suriyada terror aktlarında əlləri var

Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə iki ayrı-ayrılıqda məktubda Ən-Nüsrə Cəbhəsi və digər müttəfiq qruplaşmaların Dəməşq və Suriyanın digər bölgələrindəki terror aktlarının Cenevrə müzakirələrinə təsir göstərmək və Astana müzakirələrini uğursuz etmək məqsədi daşıdığını bildirib.

İRİB-in məlumatına görə, Suriya XİN bildirib: Əldə olunan məlumatlar Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin kəşfiyyat orqanlarının bu terror aktlarında əllərinin olduğunu əks etdirir. 

Suriya Xarici İşlər Nazirliyi əlavə edib: Dəməşq BMT Təhlükəsizlik Şurasından terrorizm və Dəməşqin ətrafında və Suriyanın digər bölgələrində cinayətkarlıqlarla mübarizədə öz vəzifəsini yerinə yetirməsini istəyir. 

Teqlər