Mart 25, 2017 09:07 Asia/Baku
  • Bəhreynli mübariz şəhid olub
    Bəhreynli mübariz şəhid olub

Təqribən iki ay bundan öncə Bəhreynin təhlükəsizlik qüvvələri tərəfindən baş nahiyəsindən yaralanmış bəhreynli gənc dünən yaralarının ağırlığı üzündən şəhid olub.

IRNA-nın Röyters-ə istinadlı məlumatına görə, 18 yaşlı Mustafa Həmdan yanvarın 26-da Ali-Xəlifə qüvvələrinin tanınmış bəhreynli ruhani Şex İsa Qasimin Əldiraz məntəqəsindəki evinə hücumunun ardınca yaralanmışdı.

İqamətgahı Londonda yerləşən Bəhreyn İnsan Haqları Mərkəzi bildirib: O zaman bir qrup təhlükəsizlik qüvvəsi şəxsi geyimdə və maskalı surətdə Şex İsa Qasimin evindən kənarda toplaşmış əhalini atəşə tutdu.

Əldiraz məntəqəsi aylardır Bəhreyn şiələrinin rəhbəri Şex İsa Qasimin mühakiməsi və vətəndaşlığının əlindən alınmasının pislənilməsi və geniş aksiyaların şahididir.

Ali-Xəlifə rejimi bu müddətdə həmin məntəqədə cümə namazının qılınmasına icazə verməyib.

Bəhreyn xalqı altı il bundan öncədən Ali-Xəlifənin irqçilik siyasətlərinə etiraz olaraq, dinc aksiyalar keçirməklə öz hüquqlarını əldə etməyə çalışır, amma bu rejimin qüvvələri səud qüvvələrinin köməyilə həmin aksiyaları yatırdaraq, indiyədək yüzlərlə nəfəri öldürüb, yaralayıb və ya həbs ediblər.

Teqlər