Yəmən vətəndaşları Ərəbistanın təcavüzü əleyhinə aksiya keçirdi
-
Yəmən vətəndaşları Ərəbistanın təcavüzü əleyhinə aksiya keçirdi
Yüzlərlə Yəmən vətəndaşı Səudiyyə Ərəbistanının bu ölkəyə təcavüzünün 20ci ilində paytaxt Sənada aksiya keçirib.
Yəmənin Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik Bədrəddin əl-Husinin vətəndaşları Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqləri əleyhinə aksiyada iştiraka dəvət etməsi ardınca, bu gün bazar günü Səna şəhərinin Səbeyn meydanında aksiya keçirilib və Ərəbistan və səudiyyəli muzdluların cinayətləri pislənilib.
Əl-Məsirə xəbər teeleviziyası Səbeyn meydanında keçirilən aksiyada Yəmənin Ali Siyasi Şurası üzvləri, Nümayəndələr Məclisinin sədri, Milli Xilas Hökumətinin baş naziri, deputatlar, nazirlər və Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husinin iştirak etdiyini bildirib.
Bu arada Yəmən Ənsarullah Hərəkatının baş katibi Ərəbistanın Yəmənə hücumlarının ikinci ilində şənbə gecə ABŞ, sionist rejim və bəzi dünya ölkələrinin islam ümmətini hədəf aldıqlarını deyib: Vaşinqton islam ümmətini məhv etmək niyyətindədir və Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki iştirakı sionist rejimin mənafeyi istiqamətindədir.