Mart 29, 2017 12:16 Asia/Baku
  • Ali-Xəlifənin zülmləri davam edir
    Ali-Xəlifənin zülmləri davam edir

Ali-Xəlifə rejiminin hərbçiləri öldürdükləri bəhreynli gənc üçün yas mərasiminin keçirilməsinə mane olublar.

Mustafa Həmdan ötən yanvar ayında Bəhyern şiələrinin tanınmış ruhanisi şeyx İsa Qasimin mənzili qarşısında oturaq aksiya keçirərkən Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən odlu silahla vurulmuşdu. O cümə günü yaralarının ağırlığı üzündən dünyasını dəyişdi. 

Bəhreynin Mərat xəbər portalının verdiyi məlumata görə, Müstafa Həmdanın yas mərasimi dünən keçirilməli idi ancaq Bəhreynin Daxili İşlər Nazirliyi, onun mənzilinin yerləşdiyi ərazilərə hərbi texnika yeridərək bu mərasimin keçirilməsinə imkan verməyib. 

Bəhyren polisi yaslıları və Həmdanın ailəsini mühasirəyə alaraq onların qəbiristanlığa daxil olmalarına da mane olublar. 

Ali-Xəlifə hərbçiləri yaslıların müqavimətini gördükdə onlara qarşı gözyaşardıcı qazdan və plastin mərmilərdən istifadə ediblər, nəticədə toqquşma baş verib və iki nəfər həbs olunub. 

Bəhreyndən əldə olunan başqa məlumata görə, dünən gecə də Biladi-Qədim ərazilərində aksiyaçılarla Ali-Xəlifə rejiminin hərbçiləri arasında toqquşmalar baş verib. 

Teqlər